Gürcüstan 9, Ermənistan 32, Azərbaycan isə 67-cidir

gurcustan-9-ermenistan-32-azerbaycan-ise-67-cidir
Oxunma sayı: 645

Dünya Bankı və İFC-in (Beynəlxalq Maliyyə Korporasiyası) hazırladığı illik hesabatda işgüzarlıq mühitinə görə birincilik Sinqapura verilib.

Kiçik və orta biznesi tənzimləyən qaydaların nə dərəcədə effektiv, işgüzarlığa açıq olduğunu ifadə edən “Doing Business” əmsalını hesablayanlar 7 ildir dalbadal Sinqapuru qalib elan edirlər. Gürcüstanın (9) ilk onluğa daxil olması diqqəti çəkir.

67-ci yeri tutan Azərbaycan Şərqi Avropadan Rusiya (112), Moldova (83), Ukrayna (137) və Serbia (86) kimi ölkələri qabaqlasa da, siyahıda Ermənistan (32), Belarus (49) və Qazaxstandan (58) sonra yerləşdirilib.

Biznesyönlü ölkələrin ilk 10-luğu belədir: Sinqapuq, Honq Konq, Çin, Yeni Zelandiya, ABŞ, Danimarka, Norveç, Böyük Britaniya, Cənubi Koreya; Gürcüstan və Avstraliya./AzadliqRadiosu/