Gürcüstan hökuməti istefaya getdi

gurcustan-hokumeti-istefaya-getdi
Oxunma sayı: 647

“Media forum” saytı xəbər verir ki, prezident sərəncamına görə, yeni icra hakimiyyəti orqanları formalaşana qədər köhnə hökumət iş başında olacaq.

Gürcüstan hökumətinin yeni tərkibinin parlamentdə oktyabrın 20-21-də təsdiqlənəcəyi gözlənir.

Oktyabrın 1-də keçirilmiş parlament seçkisində müxalif “Gürcü arzusu” bloku qalib gəlib. Bu blok 150 yerlik parlamentdə 83 mandatla təmsil olunmaq hüququ qazanıb. Hakim Vahid Milli Hərəkat Partiyası 67 deputat kürsüsü ilə kifayətlənib.

Oktyabrın 8-də “Gürcü arzusu” blokunun lideri Bidzina İvanişvili kabinetin yeni tərkibini açıqlayıb.