Gürcüstan prezidenti Bakı səfərini yarımçıq saxladı – Səbəb

gurcustan-prezidenti-baki-seferini-yarimciq-saxladi-sebeb
Oxunma sayı: 649

Bakıda keçirilən Krans Montana Forumunda iştirak etmək üçün Azərbaycana gələn Gürcüstan prezidenti səfərini yarımçıq kəsib. “Qafqazinfo”nun “Newsgeorgia” saytına istinadən verdiyi xəbərə görə, Saakaşvilinin səfəri yarımçıq qoymasına səbəb Gürcüstanın qərbində, Sameqrelo regionunda baş verən güclü daşqın olub. Bu barədə Gürcüstanın prezident administrasiyası məlumat verib.

Zuqdid rayonunun kəndlərində yağan güclü yağışın daşqına səbəb olduğu, yollar və körpülərin dağıldığı deyilir. Rayonun 7 kəndinin baş verən daşqınla əlaqədar ağır vəziyyətdə olduğu deyilir. Baş verən fəlakətin nəticələrini aradan qaldırmaq üçün regiona xilasedicilər və xüsusi texnika cəlb edilib, bir neçə xüsusi qərargah yaradılıb: “Gürcüstan prezidenti Sameqreloda baş verən daşqınla bağlı Azərbaycana səfərini yarımçıq qoyub. O, Bakıda Krans Montana Forumunda Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə iştirak edib”.

Səidə