“Gürcüstan pulla satılmır”

gurcustan-pulla-satilmir
Oxunma sayı: 651

“Qafqazinfo”nun Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri prezident Mixail Saakaşvili deyib.

“Bir neçə gün sonra seçkilər keçiriləcək və mənim taleyimi xalq müəyyənləşdirəcək. Mən əminəm ki, partiyam bu seçkilərdə qalib gələcək. Gürcüstan həmişə öz müstəqilliyini qoruyub və qoruyacaq. Əgər biz özümüzü itirsək, o zaman işğalçı Rusiya əlindən gələn hər şeyi edəcək ki, biz dönüşü olmayan yola girək. O yoldan sonra da müstəqillik olmayacaq”.

Gürcüstan prezidenti onu da bildirib ki, ölkəyə qarşı təxribatlar təşkil olunur, onun satın alınması üçün pullar ortaya qoyulur: “Lakin bizim ruhumuz, dövlətimiz satılmayacaq. Biz yeni Gürcüstanı qura biləcəyik. Gürcüstan tarixində çoxlu satqınlar olub, lakin indi onların hamısından təmizlənmişik”.