Gürcüstana dolu yağdı

gurcustana-dolu-yagdi
Oxunma sayı: 642

Paytaxt Tiflisə yumurta böyüklükdə dolu yağıb. Gürcüstan paytaxtının İsani-Samqori rayonunda dolu evlərin dam örtüyünə, avtomobillərə ciddi ziyan vuurb. Şəhərin Kaxeti şossesi küçəsində isə güclü yağışla müşayiət olunan dolu nəqliyyatın hərəkətində problem yaradıb.

Şəhər meriyasından verilən məlumata görə, yardım üçün yüz nəfər müraciət edib. Xəsarət alan və dağıntı barədə məlumat verilməyib./AzərTac/