Gürcüstanda daha bir nazir istefa verdi

gurcustanda-daha-bir-nazir-istefa-verdi
Oxunma sayı: 639

Gürcüstanın daxili işlər naziri Baço Axalaya istefa verib. ANS PRESS Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, artıq onun istefa ərizəsinin mətni Daxili İşlər Nazirliyinin rəsmi saytında yer alıb.

Xatırladaq ki, Axalaya 2005-2008-ci illərdə Gürcüstan Ədliyyə Nazirliyi nəzdində Cəzaların İcrası Departamentinin rəisi vəzafəsində çalışıb.

Qeyd edək ki, Gürcüstanın daxili işlər naziri Baço Axalaya məhkumlara təcavüzdə ittiham olunur.