Gürcüstanda dəhşətli vəziyyət yarandı - Fotolar

gurcustanda-dehsetli-veziyyet-yarandi-fotolar
Oxunma sayı: 928

“Qafqazinfo”nun Gürcüstan KİV-nə istinadən verdiyi xəbərə görə, daşqın maşınları aşırıb, ağacları kökündən çıxarıb və bir neçə yaşayış evini yarasız hala salıb, avtomobillərin hərəkəti dayanıb.

Son məlumatlara görə, beş nəfər ölüb, onlardan ikisinin isə azyaşlı olduğu deyilir. Üç nəfər itkin düşüb. Ən ağır vəziyyətin Ortaçalada müşahidə olunduğu bildirilib. Orada hələ də sakinlərin evakuasiyası davam edir.

Hadisə baş verən ərazidə FHN-nin, polis patrul xidmətinin və təcili yardımın əməkdaşları çalışır.

Səidə