Gürcüstanda iki qatar toqquşdu

gurcustanda-iki-qatar-toqqusdu
Oxunma sayı: 691

"Gürcüstan Dəmir Yolları" Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, xəsarət alanlar Batumidən Tiflisə gedən, yükü şəkər olan qatarın təhlükəsizlik xidmətinin əməkdaşları olub. Həmin qatar Tiflisdən gələn qatarla toqquşub. Toqquşma nəticəsində iki elektrovoz və üç vaqon aşıb. Bir neçə saatlıq qərb istiqamətdə gedən yol iflic vəziyyətinə düşüb. Bi neçə saatdan sonra dəmir yollarında hərəkət bərpa olunub.
İlkin məlumata görə, qəza Tiflisdən gələn qatarın maşinistlərinin günahı ucbatından baş verib. Hadisədən sonra onlar hadisə yerindən qaçıblar. Xəsarət alanlar Ozurqeti xəstəxanalarına yerləşdirilib və onların vəziyyəti orta ağırdır.
Hadisə nəticəsində bir milyon lari zərər dəydiyi bildirilir. (1 lari = 1,66 ABŞ dolları)