Gürcüstanda növbədənkənar seçki tapmacası...

gurcustanda-novbedenkenar-secki-tapmacasi
Oxunma sayı: 643

“Qafqazinfo”nun Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə prezidentin mətbuat katibi Manana Mandjqaladze bildirib.“Prezident iqamətgahı prezidentin iqamətgahıdır, vətəndaş Saakaşvilinin şəxsi mülkiyyəti deyil. Bu bina prezidentin işi üçün nəzərdə tutulub”.

Manana Mandjqaladze Gürcüstanda prezident seçkilərinin vaxtından öncə keçirilmək ehtimalının olmadığını da bildirib: “Saakaşvilinin prezidentlik səlahiyyəti 2013-cü ilin oktyabr ayında bitir. Heç bir erkən seçkilər haqda söhbət gedə bilməz. Ümid edirəm ki, yeni hökumət Konstitusiyaya hörmət edəcək”.

Xatırladaq ki, yeni baş nazir Bidzina İvanişvili dünən Mixail Saakaşviliyə maraqlı təkliflə çıxış edib.

Bidzina İvanişvili Saakaşviliyə prezident sarayını tərk edərək dövlət dəftərxanasında çalışmağı təklif edib.

Onun sözlərinə görə, Prezident Sarayının saxlanılması dövlət büdcəsinə çox baha başa gəlir: “Gürcüstanın bugünki iqtisadi durumundan çıxış edərək ölkənin birinci şəxsinin belə dəbdəbəli saraydan istifadə etməsini məqsədəuyğun hesab etmirəm. Saakaşvilinin işləri üçün dövlət dəftərxanasında onun üçün nəzərdə tutulan sahə də kifayətdir. Qoy o, (Saakaşvili) tənəzzül edərək dövlət dəftərxanasına qayıtsın və saraya xərclənən vəsait də qaçqınlara, imkansız vətəndaşlara və Gürcüstanın strateji inkişafına xərclənsin”.

İvanişvili onu da qeyd edib ki, özü də gələcəkdə prezident sarayından istifadə etməyəcək və işlərini hazırda işlədiyi Dövlət dəftərxanasında davam etdirəcək.