Gürcüstanda tikiləcək atom stansiyasında Azərbaycanın adı hallanır

gurcustanda-tikilecek-atom-stansiyasinda-azerbaycanin-adi-hallanir
Oxunma sayı: 649

Saakaşvilinin çoxdan dinc məqsədlər üçün nəzərdə tutulan atom stansiyası yaratmaq niyyətində olduğunu yazan sayt qeyd edib ki, Yaponiyanın “Fukusima” atom stansiyasında baş verən qəzadan sonra bu plan alt-üst olub. Yerli müxalifət iddia edir ki, bu məsələ hələ də gündəmdədir və onun inşası üçün danışıqlar Azərbaycan və Türkiyənin iştirakı ilə aparılır. Lakin danışıqların gizli saxlanıldığı qeyd olunur. Türkiyə tərəfi isə atom elektrik stansiyasının tikintisini açıq şəkildə davam etdirməyə və bunu elan etməyi tələb edir. Gürcüstan tərəfinin isə qəti olaraq danışıqların predmetini elan etməməklə bağlı təlimatının olduğu deyilir.

Artıq stansiyanın tikintisinə indiyə qədər 50 milyon xərcləndiyi iddia olunub. İşlər Avstriya şirkəti tərəfindən aparılır.

Ekoloji Hüquq Mərkəzinin rəhbəri Nikolaz Mjavanadzenin sözlərinə görə, ölkə hakimiyyəti tez-tez mübahisəli fikirlər ortaya ataraq cəmiyyətin bunlara nə qədər hazır olmasını yoxlayır.


Səidə