Gürcüstanı sel basdı, prezident alış-verişə getdi

gurcustani-sel-basdi-prezident-alis-verise-getdi
Oxunma sayı: 666

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, nəşr, ölkənin daşqınların fəsadlarını aradan qaldırmağa çalışdığı ərəfədə Saakaşvilinin Milanda brend mağazaları dolaşması ilə bağlı məlumat dərc edib. Sübut olaraq isə nəşrdə İtaliyanın moda paytaxtından ekskluziv fotolar təqdim olunub. Məlumatda o da qeyd edilir ki, Saakaşvili Milana mayın 14-ü, Kür daşqınlarından bir gün sonra səfər edib. Buna qədər isə dövlət qulluqçularının xaricə səfərləri ilə bağlı prezident onların ünvanlarına sərt tənqid səsləndirmişdi. Qəzet bu gözlənilməz səfəri belə izah edib: “Saakaşvilinin reallıq hissini itirib, buna görə də, yəqin özünə saat almaq qərarına gəlib”.



Səidə