Gürcüstanın yeni hökumətindən Rusiyaya jest

gurcustanin-yeni-hokumetinden-rusiyaya-jest
Oxunma sayı: 643

“Qafqazinfo”nun Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan parlamentinin yeni sədri, Respublikaçılar Partiyasının sədri David Usupaşvili bildirib.

“Biz özümüz üçün yeni problemlər yaratmamalıyıq – onsuz da çoxdur. Biz “qeyri-demokratik Rusiya”nı ifşaetmə rolundan imtina etməliyik. Yeni koalisiyanın Rusiya ilə münasibətlərin normallaşdırılmasına dair “yol xəritəsi” hələ ki, yoxdur. Bu, uzun yoldur. O dəqiqə heç nə əldə olunmur”.

Usupaşvili onu da qeyd edib ki, Gürcüstan əvvəlki kimi NATO və Avropa Birliyinə daxil olmaq üçün cəhdlər etməlidir: “Bunu “Bax, biz Rusiyanı udduq” şəklində etmək lazım deyil. Elə etmək lazımdır ki, Rusiya və rusiyalılar anlasın ki, bu, onlar üçün itki deyil. Əksinə, məntiqi tarixi prosesdir”.

Qeyd edək ki, dünən Kutaisidə keçirilən 8-ci çağırış parlamentin ilk iclasında “Gürcü arzusu” blokunun liderlərindən biri, Respublikaçılar Partiyasının sədri David Usupaşvili qanunverici orqanın sədri seçilib. 88 deputat David Usupaşvilinin lehinə səs verib.