Hacıbala Abutalıbov Akif Nağıya cavab verdi

hacibala-abutalibov-akif-nagiya-cavab-verdi
Oxunma sayı: 821

QAT-ın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, cavab məktubunda deyilib ki, 1918-1920-ci illərdə Azərbaycan xalqına qarşı ağır cinayətlər törətmiş bəzi şəxslərin məzarlarının Birinci Fəxri Xiyabandan götürülməsi ilə bağlı Milli Məclisdən Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş məktuba cavab olaraq qaldırılan məsələ dövlət səviyyəsində həll edilir”.

Qeyd edək ki, QAT-ın həmin məktubunda Fəxri Xiyabanda 20-yə qədər məzarın üzərində “müsavatçılar tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir”, “əksinqilabçılar tərəfindən vəhşicəsinə öldürülmüş”, “Müsavat qatillərinin əli ilə öldürülmüş” kimi təhqiramiz ifadələr yazıldığı göstərilib və bu məzarların orada qalmasının yolverilməz olduğu bildirilib.

Səidə Teyyubqızı