Hacıbala Abutalıbov “Babək”i görmək istəmir

hacibala-abutalibov-babeki-gormek-istemir
Oxunma sayı: 643

Bunu “Media forum” saytına açıqlamasında heykəltəraş Arif Qazıyev deyib.

Arif Qazıyevin sözlərinə görə, icra hakimiyyətindən bildiriblər ki, Hacıbala Abutalıbov 10-15 günə gəlib maketə baxacaq: “Müraciətdən bir həftə vaxt keçib. İcra başçısı Hacıbala Abutalıbovun imkanı olsa, gəlib layihəyə baxacaq. Ondan sonra maketin Prezident Administrasiyasında müzakirəsi olunmalıdır. Babəkin abidəsinin ucaldılması üçün model və layihənin maketi hazırdır. Gözləyirik bizə nə vaxt deyəcəklər işə başlayın”.

Heykəltəraş bildirib ki, prezident sərəncamı ilə abidənin ucaldılması üçün vacib olan işlər Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb: “Bu abidənin hazırlanması Dövlət Rəssamlıq Akademiyasının prorektoru Cəlil Hüseynov və mənə həvalə olunub. Biz öz funksiyamızı bu yerə qədər gətirib çatdırmışıq”.

Prezident İlham Əliyev Bakıda Babəkin abidəsinin ucaldılmasına 2011-ci il sentyabrın 6-da sərəncam verib.