Hacıbala Abutalıbovdan məktub var

hacibala-abutalibovdan-mektub-var
Oxunma sayı: 670

Bu barədə media quruluşlarına L.Yunus məlumat verib. SDİ direktoru yazılı açıqlamasına BŞİH-dən gələn məktubun mətnini də qoşub. L. Yunusun sözlərinə görə, həmin məktubda bildirilir ki, Bakı şəhərinin baş planına əsasən paytaxta inşaat işləri başlanıb və şəhərin icra hakimiyyəti dəfələrlə evlərin alqı-satqısına dair sənəfləri göndərməyi istəyib: "Onlar xahiş edirlər ki, hər iki evin sənədlərini təqdim edək, onlarla alqı-satqı müqaviləsi imzalayaq və yalnız bundan sonra mənzilin hər kvadratmetrinə görə 1500 manat ödənilməklə bizə çatası məbləği "Texnikabank"dakı müvafiq hesabdan götürə bilərik".

L. Yunus bu məktubu əsas götürərək bildirir ki, bu, mənzillərin müqavilə olmadan, qanunun və 24 may 2011 tarixli məhkəmə qətnaməsinin ziddinə olaraq dağıdılmasının sübutudur.

SDİ direktoru bildirir ki, bu, onların aldığı ilk məktubdur, bundan əvvəl BŞİH-dən ailənin ünvanına heç bir məktub daxil olmayıb.

L.Yunus mənzillərin sökülüb dağıdılmasına şəxsən rəhbərlik edən Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə Dövlət Komitəsinin nümayəndəsi Yusif Qəmbərovun "Zerkalo" qəzetinin müxbirinə dediyi sözləri sitat gətirir. Y.Qəmbərov jurnalistə deyib: Tüpürüm məhkəmənin qərarına. Biz Azərbaycanda yaşayırıq".