Hacıbala Abutalıbovun oğlu Həcc ziyarətindədir

hacibala-abutalibovun-oglu-hecc-ziyaretindedir
Oxunma sayı: 684

Modern.az saytına məlum olub ki, bu il Həccə gedən azərbaycanlı zəvvarlar arasında xeyli tanınmış sima var. Məsələn, “Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdül, sabiq deputat Hüseyn Abdullayev, jurnalist Pərviz Həşimli və başqaları.
Eyni zamanda günahlarının bağışlanması üçün Allahın evinə gedən azərbaycanlı zəvvarlar arasında xeyli sabiq polis rəisinin də olduğu bildirilir. Modern.az saytı Həccə gedən sabiq polis rəislərinin adını dəqiqləşdirə bilməyib.
Bundan başqa, xeyli azərbaycanlı iş adamı - sahibkarlar, biznesmenlər də bu il Həccə gedənlər sırasındadır.
Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, bu il Azərbaycandan Həccə 2000 zəvvar avtobus və təyyarələrlə gedib.
Sayta məlum olub ki, Məkkəni ziyarətə gedən zəvvarlardan biri də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbovdur.
Qeyd edək ki, Hacıbala Abutalıbovun oğlu qeyri-adi sərgüzəştləri, bədxərcliyi və ərköyünlüyü ilə ad çıxarıb. Məlumatlara görə, o, son zamanlar özünü tamamilə dinə həsr edib, özünə qapanıb, evdən çıxmayaraq bütün günü ibadətlə məşğul olur. İsrafil Abutalıbov köhnə çevrəsi, dostları və bir vaxtlar dəbdəbəli əyləncə məclislərində birgə olduğu insanlarla əlaqələrini də tamam kəsib.