Hacılar ziyarətə qatarla gedəcəklər

<b>Hacılar ziyarətə qatarla gedəcəklər</b>
Oxunma sayı: 142

“Qafqazinfo”nun Türkiyənin Cihan Xəbər Agentliyindən əldə etdiyi məlumatda bildirilir ki, bu açıqlamanı layihənin təşkilatçısı “əl-Bələd əl-Emin” şirkəti verib. Şirkət Ernst & Young, Ashurst və Parsons Brinckerhoff firmalarını birləşdirən müşavirlik qrupu ilə çalışmalara davam edir.
Qrup, dəmiryol xətləri, sistemləri və deponun daxil olduğu sistemin ilk səhifəsi ilə bağlı tender paketlərini hazırlayır. “Əl-Bələd əl-Emin” şirkəti firmalarla bu ilin sonundək əlaqə yaratmağın mümkünlüyünü qeyd edib.
İlk olaraq B və C xətlərinin bölüm inşaatları həyata keçiriləcək. Bütövlükdə 10 km uzunluğundakı B xəttində əksəriyyəti yer altında olmaq üzrə 6 yeni satnsiya yer alacaq. Bu xətt indi həcc əməllərinin gerçəkləşdiyi Ərəfat, Müzdəlifə və Minaya xidmət edən “əl-Məşair əl-Müqəddəsə” dəmiryol xəttinin davamı olacaq.
Bundan əlavə, dəmiryolu xətti Məkkənin qərbində yerləşən Harameyn sürət qatarı stansiyasına bağlanacaq. C xəttinin uzunluğu isə 14 yeni stansiya ilə 29 km-ə çatacaq.
Həcc ziyarətinin mərkəzində yerləşən Məkkə, hər il bu şəhərə üz tutan milyonlarla zəvvarın səfərilə əlaqədar ciddi tıxac problemilə üzləşir. Bundan əlavə, Məkkə əhalisinin də sayı artmaqda davam edir və 2035-ci ildə bu sayın 3 milyona çatacağı gözlənilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi