Hafiz Hacıyev İctimai Palatanı müdafiə etdi

hafiz-haciyev-ictimai-palatani-mudafie-etdi
Oxunma sayı: 645

MMP-nin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, toplantıda son günlər ölkədə və dünyada baş verən hadisələr müzakirə edilib. Müzakirələr zamanı hadisələr siyasi baxımdan dəyərləndirilib və məsələlərə dair müxtəlif fikirlər səsləndirilib. Toplantıda gündəlikdə duran əsas məsələ partiya sədrinin qərarlarının icra vəziyyəti, partiyadaxili digər məsələlər müzakirə edilib və partiyanın siyasi xətti ilə bağlı yeni qərarlar qəbul edilib. Sonra partiyanın may ayına planlaşdırılan lakin hələlik təxirə salınan qurultayında qəbul ediləcək qərarlara yenidən baxılıb. Toplantıda həmçinin müxalifətin keçirdiyi son mitinqə münasibət bildirilib. Ölkədə bu cür aksiyaların keçirilməsinin insanların təbii haqqı olduğunu və inkişaf etmiş dünya dövlətlərində bu cür halların tez-tez baş verdiyini vurğulayan şura üzvləri hakimiyyətin aidiyyatı orqanlarının sərbəst toplaşanlara qarşı etdikləri hərəkətlərlə qanunları pozduğunu qeyd ediblər.

Fatimə Kərimli