Hafiz Haciyev Qərbi azərbaycanlıları başına topladı

hafiz-haciyev-qerbi-azerbaycanlilari-basina-topladi-
Oxunma sayı: 647

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya veilən məlumata görə, bu görüşdə də diktatorlara qarşı dünyanı bürümüş xalq üsyanları və bu hadisələrin Azərbaycan üçün mənfi və müsbət tərəfləri həmçinin siyasi baxımdan hər iki tərəfin baş verənlərdən gözləntiləri müzakirə edilib. Müzakirələr zamanı qeyd edilib ki, bəzi ölkələrdə inqilaba zəmin yaradan əsas səbəblərdən ən başlıcası məmur özbaşınalığı, rüşvətin və korrupsiyanın pik həddə çatması, işsizlik, söz azadlığının məhdudlaşdırılmasının xalqa vurduğu zərbədir.

Toplantıda Qərbi azərbaycanlıların yaranacaq hər hansı situasiyada tutacaqları mövqe müzakirə edilib. Həmin regiondan olan ziyalılar qeyd ediblər ki, tarix boyu azərbaycanda baş verən hadisələrdə həmişə aparıcı rol oynayıblar. Ancaq buna baxmayaraq zaman –zaman müəyyən qüvvələr bu xidmətləri heçə endirməyə çalışıblar və qismən də olsa buna nail olublar. Belə ki, üzdə olan nüfuzlu şəxslər muxtəlif bəhanələrlə ləkələnərək fiziki və mənəvi cəhətdən məhv ediliblər. İndi müəyyən qüvvələr hadisələrin gərginləşdiyi vaxtda yenidən Qərbi Azərbaycan faktorundan istifadə etməyə çalışırlar. Ancaq bu dəfə onlar baş verə biləcək proseslərdən mümkün dərıcıdə uzaq qalmağa calışacağıqlarını bəyan ediblər.

Sonra toplantıda MMP-nin mart ayından başlayaraq siyasi aktivliyini artırmaq planı müzakirə edilib. Həmişə olduğu kimi partiya sədri H.Hacıyev bu planlarını uğurla həyata keçirmək üçün Qərbi azərbaycanlılardan kömək istəyib. Son illər müəyyən qüvvələr tərəfindən sıxışdırılan narazı elektorat H.Hacıyevin bu təklifini razılıqla qarşılayıb. Əgər verilən sözlər tutularsa MMP-nin planlaşdırdığı bütün məqamlarda Qərbi azərbaycanlılar mümkün imkanlarından istifadə edərək partiyaya köməklik vədi veriblər.

Toplantının sonunda 2013-cü il prezident seçkisində MMP sədri Hafiz Haciyevin iştirak etməsi üçün partiya üzvlərinin çoxsaylı müraciətləri müzakirə edilib. Partiya üzvlərinin müraciətinə hörmətlə yanaşdığını qeyd edən partiya sədri yaxın gələcəkdə bu məsələnin geniş müzakirəyə çıxaracaqlarını deyib.