Hakan Şükür ailəsi ilə - Fotosessiya

hakan-sukur-ailesi-ile-fotosessiya
Oxunma sayı: 635

“Qafqazinfo”nun məlumatına görə, Hakan Şükür 1971-ci il 1sentyabrda Sakaryada dünyaya gəlib. O, futbol həyatına 1987-ci ildə “Sakaryaspor”da başlayıb. Türkiyənin bir sıra önəmli klublarında, eləcə də türk futbol millisində yer alıb və xeyli uğurlara sahib olub.

2008-ci ildə futbolla vidalaşan Şükür enerji və qida sektoruna daxil olub. 2009-cu ildən özünü futbol şərhçisi kimi sınayıb. 2011-ci ildə isə televiziya ilə bütün əlaqəsini kəsən futbolçu siyasətlə məşğul olmağa başlayıb. O, dünya mediası tərəfindən “Bosforun buğası”, türk jurnalistlər tərəfindən isə “kral” adlandırılıb.

41 yaşlı köhnə futbolçu həmçinin evlilikləri ilə də diqqət çəkib. İlk dəfə 1995-ci ildə Esra Elbirlik ilə ailə həyatı quran Hakan Şükürün bu evliliyi cəmi 4 ay davam edib. Daha sonra 1999-cu ildə Beyda Sertbaş ilə evlənib və bu nigahdan iki qızı və 1 oğlu dünyaya gəlib. İlk həyat yoldaşı isə Gölcük zəlzələsində həyatını itirib. Qardaşı Gökhan Şükür də özü kimi köhnə futbolçudur.

Sevinc Mənsimli