Hakim futbolçunu belə döydü - Video

hakim-futbolcunu-bele-doydu-video
Oxunma sayı: 655

“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə Nevşehirdə baş verib.
Burada 3-cü liqa təmsilçiləri “Altınorduspor”la “Pazarspor” arasında hazırlıq oyunu keçirilib. Qarşılaşmanın 55-ci dəqiqəsində yan hakim “Altınorduspor”un müdafiəçisi Enginin onu söydüyünü iddia edərək futbolçunun üstünə atılıb və onu döyməyə başlayıb. Hər iki komandanın üzvləri tərəfləri ayırmağa çalışıb. Lakin yan xətt hakimi sakitləşmədiyindən Enginin komanda yoldaşları onun üstünə cumub. Münaqişədə Laysmanın paltarı cırılıb və oyun yarımçıq dayandırılıb.

Ceyhun Əhmədov