“Hakimiyyət bizdən qorxur” - Açıqlama

hakimiyyet-bizden-qorxur-aciqlama
Oxunma sayı: 684

Bu fikirləri “Qafqazinfo”ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu “Ağsu” şadlıq sarayının müstəqilliyin 20 illiyinə həsr olunmuş tədbirdən imtina etməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu hadisə onu göstərir ki, hakimiyyət istiqlalçı deputatları bir arada görmək istəmir: “Dövlət müstəqilliyi gününün bayram kimi qeyd olunmaması da buna sübutdur. Halbuki, əvvəllər həmin gün qeyri-iş günü idi. Amma hansısa ad günü, hansısa gəliş bayram kimi qeyd olunur”.

Tədbirin harada keçiriləcəyindən danışarkən isə partiya sədri bildirib ki, hazırda axtarışlar gedir: “Biz “Hyatt Regency”lə yenidən danışdıq, onlar bizə 300 nəfərlik zal təklif etdilər, lakin yarım saatdan sonra razılaşmadan imtina etdilər. “Land Mark” restoranında da qeyd edə bilərik, lakin orada qiymətlər çox bahadır”.

Mirmahmud Mirəlioğlu qeyd edib ki, heç bir yer olmasa da onlar bu tədbiri keçirəcək: “Yer olmasa da, hakimiyyət bizə yer verməsə də biz Azərbaycan Respublikasının 20-ci illik yubileyi ilə bağlı tədbiri keçircəyik”.

Fatimə Kərimli