Hakimiyyət hamını Azərbaycan vətəndaşının gününə salır

hakimiyyet-hamini-azerbaycan-vetendasinin-gunune-salir
Oxunma sayı: 663


Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, iclasda qərarların icra vəziyyəti, ölkədəki ictimai- siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub.
İclasda KXCP sədri Mirmahmud Mirəlioğlu qərarların icra vəziyyəti barədə məlumat verib. O, ötən müddət ərzində partiyanın fəaliyyəti, gördüyü işlər və partiya üzvlərinin iştirakı ilə keçirilən görüşlər barədə İdarə Heyəti üzvlərini məlumatlandırdı. Ölkədəki ictimai- siyasi vəziyyətlə bağlı müzakirələr aparıldı. Müxalifətin inteqrasiyası, ölkədə söz- mətbuat azadlığının mövcud vəziyyəti, sosial problemlər və digər məsələlər barədə geniş müzakirələr oldu.

Partiyanın İnkişaf Proqramının hazırlanması ilə bağlı müzakirələrdən sonra 3 nəfərdən ibarət İşçi Qrup yaradıldı. Bəybala Əbil, Fikrət Cəfərov və Oqtay Gülalıyev İşçi Qrupun üzvləri seçildi.

İclasda Azərbaycan Xalq Cəbhəsinin 22 illiyinin qeyd olunması ilə bağlı iyulun 16 –da keçmiş Əzizbəyov heykəlinin yanından Fəxri Xiyabana kimi yürüşün keçirilməsi, Fəxri Xiyabanda Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin məzarının ziyarət olunması qərara alındı. AXC- nin 22 illiyinin qeyd olunması ilə bağlı 5 nəfərdən ibarət İşçi Qrup yaradıldı. İşçi Qrupa Xəzər Teyyublu, Fikrət Cəfərov, Rafiq Abdulla, Nizami Ələkbərov və Təvəkkül Süleymanlı daxil edildi.

İclasda Dünya Azərbaycanlılarının 3- cü Qurultayının nəticələri müzakirə olunub. İdarə Heyəti Qurultaya Güney Azərbaycan türklərinin dəvət olunmaması pislənilib, Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin yarıtmaz fəaliyyəti qeyd olunub. İdarə Heyətində vurğulanıb ki, Diaspora və lobbiçilik arasında fərq görməyən Azərbaycan höküməti Dünya Azərbaycanlıları Qurultayı adı altında keçirdiyi tədbirlərdə belə hamını Azərbaycan vətəndaşının gününə salır.