“Hakimiyyət hətta görüntü xarakterli addım da atmır” – Bəyanat

hakimiyyet-hetta-goruntu-xarakterli-addim-da-atmir-beyanat
Oxunma sayı: 662

VİP-in mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan bəyanatda bildirilir ki, Azərbaycan hakimiyyəti ölkədə fikir və özünüifadə sərbəstliyinin təmin olunmasına dair çağırışlara əhəmiyyət verməyərək, Konstitusiyada təsbit edilmiş vətəndaş hüquq və azadlıqlarının qorunması istiqamətində hətta görüntü xarakterli hər hansı addım atmır: “Bunun son nümunəsi olaraq, Azərbaycan cəmiyyətində yüksək nüfuza malik dəyəli insanların birləşdiyi və ümummilli problemlərin həllinə yönəlik vətəndaş mövqeyi sərgiləyən Ziyalılar Forumunun növbəti toplantısının keçirilməsinə süni maneə yaradılıb. Nəticədə təşkilatçılar Ziyalılar Forumunun toplantısını nəzərdə tutulan məkanda deyil, başqa yerdə reallaşdırmaq məcburiyyətində qalıblar. Bu hal bir daha təsdiqləyir ki, hakimiyyət onun siyasətini dəstəkləməyən siyasi qüvvələrlə yanaşı, nüfuzlu fərdlərin də fəaliyyət imkanlarını məhdudlaşdırmaqda qərarlıdır.

Vətəndaş və İnkişaf Partiyası (VİP) ilə Azərbaycan Liberal Partiyası (ALP) Ziyalılar Forumuna qarşı yol verilmiş bu aksiyanı qətiyyətlə pisləyir və ölkə hakimiyyətindən belə primitiv məhdudlaşdırıcı hərəkətlərə son qoyulmasını tələb edir”.