Hakimiyyət mülkiyyət hüquqlarına hörmət etməyə borcludur – Tələb

hakimiyyet-mulkiyyet-huquqlarina-hormet-etmeye-borcludur-teleb
Oxunma sayı: 673

“Qafqazinfo”nun məlumatına görə, bu fikirlər Ümid Partiyasının yaydığı açıqlamadandır. Partiya bildirib ki, bütün bu baş verənlərin araşdırılması göstərir ki, əslində vətəndaşlara mənzillərinin söküləcəyi təqdirdə verilən kompensasiyalar kifayət qədər azdır: “Baş verənləri Ümid Partiyasının iqtisadi siyasət komissiyasında müzakirə edərək belə bir qərara gəlmişik ki, hakimiyyət müvafiq qanunvericiliyə uyğun olaraq dövlət ehtiyacları zərurətindən evlərini sökdüyü insanların mülkiyyət hüquqlarına hörmətlə yanaşmalıdır”.

Partiyanın komissiya sədri Razi Abasbəyli deyib: “Vətəndaşların mülkiyyət hüquqları tanınmalı, onlara təklif edilən alternativ mənzillər və ya pul kompensasiyaları vətəndaşların yaşamaq hüququnu pozmamalıdır. Bir qanunla dövlət ehtiyaclarına görə vətəndaşın mülkiyyətinin alınması mümkündürsə, digər daxili və beynəlxalq qanunvericiliklə də vətəndaşların yaşamaq haqqını tanımaq zərurəti vardır. Bu qanunlara əməl edilməklə hakimiyyəti ölkədə keçiriləcək 57-ci «Avroviziya» yaraşıması öncəsi insan haqlarına həssas yanaşmağa, Azərbaycan dövlətinin imicini zədələyəcək hər hansı zorakı addımlar atmamağa dəvət edirik”.