“Hakimiyyət partiyaları debatlardan qaçır”

hakimiyyet-partiyalari-debatlardan-qacir
Oxunma sayı: 645

“Qafqazinfo”nun “İnterfaks”a istinadən xəbərinə görə, bu sözləri Sankt-Peterburqda cümə günü keçirdiyi mətbuat konfransında Rusiya Kommunist Partiyasının lideri Gennadiy Zyuqanov deyib.
“Rusiyada həqiqi seçkilər olmayıb və hələ gözlənilmir”, - Q.Zyuqanov bildirib.
Rusiya kommunislərinin lideri vurğulayıb ki, təbliğat kampaiyasının keçirilməsi üçün hər kəsə eyni imkanlar yaradılmalı, seçkilər açıq, şəffaf olmalıdır.
Zyuqanov həmçinin deyib ki, hakimiyyət partiyalarının nümayəndələri açıq debatlardan yayınırlar.
Zyuqanov vəd edib ki, Rusiya Federasiyası Kommunist Partiyası mümkün saxtalaşdırmalara qarşı səylə mübarizə aparmaq üçün məntəqələrdə çoxlu sayda müşahidəçi yerləşdirəcək.