Hakimiyyətdən internet mediaya dəstək

hakimiyyetden-internet-mediaya-destek
Oxunma sayı: 643

Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev deyib. Onun sözlərinə görə, internet medianın dövlətdən yardım almaq məsələsi bugünkü qanunvericilikdə yoxdur. "Amma bugünkü dinamik inkişaf şəraitində heç nə istisna olunmur. Yəqin gələcəkdə bu məsələlərə baxılanda, qanunvericilik bazasının formalaşması prosesində internet medianın dövlət tərəfindən dəstəklənməsi məsələsinə diqqət yetiriləcə",-PA rəsmisi qeyd edib.

O əlavə edib ki, bu gün internet medianın tənzimlənməsi ilə bağlı müzakirələr çox aktualdır. Bu gün infomasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf etdiyi üçün bu məsələlərə də göstərilən diqqət çox yüksəkdir. Mehdiyev bildirib ki, gələcəkdə internet media üstünlük təşkil edəcək. Buna görə də bu sahə üzrə müzakirələr aparmaq lazımdır. Onun sözlərinə görə, beynəlxalq təcrübəyə və bizim cəmiyyətin maraqlarına uyğun qərarların qəbul olunması labüddür.

Mehdiyev deyib ki, bu gün Azərbaycanda "Kütləvi informasiya vasitələri haqqında" qanun beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində hazırlanıb və qəbul olunub. O qeyd edib ki, bu gün ekspertlərin də qiymətləndirdiyi kimi, bu qanun Avropada KİV haqqında ən liberal qanunlardan biridir. "Azərbaycanda da dövlət siyasətinin əsas prioritet istiqaməti ondan ibarətdir ki, söz və mətbuat azadlığının tam bərqərar olmasına, KİV-lərin azad, müstəqil fəaliyyət göstərməsinə, plüralist medianın mövcudluğuna hərtərəfli şərait yaradılsın. Bu baxımdan düşünmürəm ki, gələcəkdə Azərbaycanda KİV-lərin fəaliyyəti ilə bağlı hər hansı məhdudlaşdırma ola bilər. Əksinə, KİV-lərə dövlət tərəfindən maddi və iqtisadi dəstək göstərilir",- Mehdiyev əlavə edib.