“Hakimiyyətə normal, ağıllı bir ermənini gətirməlidirlər”

hakimiyyete-normal-agilli-bir-ermenini-getirmelidirler
Oxunma sayı: 655

APA-nın məlumatına görə, bunu Xocavənd rayonunun Qaradağlı kəndində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliamın 20-ci ildönümünə həsr olunmuş anım tədbirində çıxışında baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. O bildirib ki, hər bir erməni bunu başa düşməli və anlamalıdır: “Onlar Azərbaycanın səbrinin tükənməz olduğunu düşünməsinlər. Bunu nə qədər tez başa düşsələr, o qədər xeyirlərinə olacaq”.

Ə. Həsənov erməniləri yaşadıqları şəraitə bir daha nəzər salmağa çağırıb: “Nə qədər ki Ermənistanda azərbaycanlıların qanı üzərində qurulmuş hakimiyyət var, münaqişə həll olunmayacaq. Ona görə də ermənilər öz hakimiyyətlərini dəyişməlidirlər. Hakimiyyətə normal, ağıllı bir ermənini gətirməlidirlər”.

Baş nazirin müavini ermənilərə dəstək verən və dayaq olan dövlətlərə də müraciət edib. Ə. Həsənovun sözlərinə görə, bu gün ermənilərə dəstək verən ölkələr sabah özləri bunun əziyyətini çəkəcəklər: “Bu gün ermənilər Rusiyanın cənubuna, Gürcüstanın Cavaxet bölgəsinə, Türkiyənin şərqinə iddia edirlər. Sabah deyəcəklər ki, Fransa ata-baba torpağımızdır. Amerikada bir-iki ştata iddia edəcəklər. O zaman onlar bizim nə çəkdiyimizi biləcəklər”.