Hamı qol vurdu, ispanlar sevindi

hami-qol-vurdu-ispanlar-sevindi
Oxunma sayı: 683

“Qafqazinfo”nun verdiyi xəbərə görə, keçirilən 4 oyunda heç bir komanda meydanı qolsuz tərk etməyib. Günün ən gözlənilməz nəticəsi Helzenkirhendə qeydə alınıb. “Mançester Yunayted”i mübarizədən kənarlaşdıran “Atletik” səfərdə “Şalke”ni 4:2 hesabıyla məğlub edib. Digər ispan-alman qarşıdurmasında da ispanlar üstün olub. “Atletiko Madrid” “Hannover”i üstələyib.
Hollandiyanın Avrokuboklardakı yeganə təmsilçisi “AZ Alkmaar” evdə “Valensiya”nı minimal hesabla məğlub edib – 2:1.
Cavab görüşləri aprelin 5-də keçiriləcək.

00:05. "Atletiko" (Madrid, İspaniya) – "Hannover" (Almaniya) - 2:1
Qollar: Falkao, 9 (1:0), Diuf, 38 (1:1), Salvio, 89 (2:1)

00:05. "Sportinq" (Portuqaliya) – "Metallist" (Ukrayna) - 2:1
Qollar: İzmaylov, 51 (1:0), İnsua, 64 (2:0), Xavyer, 90-pen (2:1)

00:05. "Şalke" (Almaniya) - "Atletik" (Bilbao, İspaniya) - 2:4
Qollar: Lorente, 20 (0:1), Raul, 22 (1:1), 60 (2:1), Lorente, 73 (2:2), Markos, 81 (2:3), Muniain, 90 (2:4)

00:05. "AZ Alkmaar" (Hollandiya) – "Valensiya" (İspaniya) - 2:1
Qollar: Holman, 45 (1:0), Topal, 51 (1:1), Martens, 79 (2:1)


Ceyhun Əhmədov