Hava necə olacaq?

hava-nece-olacaq-
Oxunma sayı: 689

Mülayim cənub-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturunun gecə 0-4 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacağı gözlənilir. Abşeron yarımadasında hava şəraitinin nisbətən mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında da sabah hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi şərq rayonlarında yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti, dağlarda gecə 13-18 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 20-25 dərəcə şaxta təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq.

Nigar Məmmədli