Havadan pis xəbər

havadan-pis-xeber
Oxunma sayı: 693

Qafqazinfonun məlumatına görə, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, hələlik temperatur çox yüksək qalxmayıb. Fevralın 15, 16 və 17-də gün ərzində Bakı və Abşeron yarımadasında temperaturun 5-9 dərəcəyədək yüksəlməsi gözlənilir. Həmin günlərə nisbətən fevralın 19-da havanın temperaturu bir qədər aşağı olacaq. Fevralın 19-da günorta saatlarında temperaturun müsbət 2 dərəcə isti olacağı gözlənilir. Amma axşama doğru temperatur 0 dərəcəyə yaxınlaşacaq.

"Bu, normal qış prosesi olacaq. Çox kəskin şaxtalar gözlənilmir. Temperatur aşağı ensə də, yağıntılar olsa da, çox kəskin şaxtalı havalar olmayacaq", - Tağıyeva əlavə edib.
O bildirib ki, həmin günlərdə yağıntıların sulu qar və qar şəklində olması temperaturdan asılı olacaq.

Yaxın günlərdə isə ölkə ərazisində havanın temperaturu tədricən yüksələcək, hava nisbətən mülayimləşəcək.

Ötən günlər ərzində havanın temperaturu iqlim normasından 5-8 dərəcə aşağı idisə, fevralın 13-də bu fərq çəmi 3 dərəcə təşkil edib. Artıq temperatur iqlim normasına yaxınlaşır. Bu gün gündüz saatlarında Bakı və Abşeron yarımadasında 4-6 dərəcə isti gözlənilir. Fevralın 15-də temperatur 5-8 dərəcə isti olacaq, 16-da 9 dərəcəyədək istinin olacağı gözlənilir. Fevralın 16-ı axşam və fevralın 16-dan 17-ə keçən gecə qısa müddətə şimal küləyi güclənməsi proqnozlaşdırılır. Buna görə də fevralın 16-da axşam saatlarında və 17-də səhər saatlarında temperatur Bakı və Abşeron yarımadasında 2 dərəcə isti olacaq. Fevralın 17-i gündüz yenidən havanın temperaturunun müsbət 8 dərəcəyə yaxın olacağı gözlənilir.