Havadan şad xəbər

havadan-sad-xeber
Oxunma sayı: 667

Bunu cümə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, həmin gündən başlayaraq, havanın temperaturu tədricən iqlim normasına yaxınlaşacaq.
Tağıyevanın sözlərinə görə, ölkə ərazisində şaxtalı hava şəraiti hələ davam edir.

Bu gün axşama doğru Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi güclənəcək, gün ərzində arabir qar yağacaq. Havanın temperaturu axşama doğru 5 dərəcə şaxta təşkil edəcək. Yollar buz bağlayacaq.

Fevralın 11-də gecə və səhər saatlarında güclü küləkli şaxtalı hava şəraiti davam edəcək. Əsasən, səhər və axşam saatlarında zəif qar yağacağı gözlənilir. Küləyin sürəti saniyədə 15-20, arabir 23-25 metr təşkil edəcək. Axşama doğru isə küləyin sürəti saniyədə 9-14 metrədək mülayimləşəcək.

Havanın temperaturu fevralın 10-dan 11-nə keçən gecə paytaxtda 3-7 dərəcə şaxta, gündüz isə 0-3 dərəcə şaxta olacaq.
Fevralın 12-də küləyin sürətinin mülayimləşəcəyi, yağıntının tədricən kəsiləcəyi proqnozlaşdırılır. Gün ərzində havanın əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə saatlarında hələ də şaxta olacaq. Fevralın 11-dən 12-ə keçən gecə paytaxtda 3-7 dərəcə şaxta olacaq. Amma günorta saatlarında paytaxtda 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

Yollar buz bağlayacaq.