Havadan yumşaq xəbər

havadan-yumsaq-xeber
Oxunma sayı: 680

Bunu şənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə müdiri Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, fevralın 13-14-də Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək.

Bakıda günorta saatlarında havanın temperaturunun 2-7 dərəcə, gecə 0-3 dərəcə isti olacağı proqnozlaşdırılır.

Azərbaycanın regionlarında da fevralın 13-14-da hava mülayimləşəcək. Mərkəzi Aran rayonlarında isə gündüz 2-7 dərəcə isti olacaq.

Məmmədova bildirib ki, lakin sabah Bakıda və Abşeron yarımadasında 11-dən 12-nə keçən gecə fasilələrlə az qar yağacağı, səhər kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Fevralın 12-də Abşeron yarımadasında havanın gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Fevralın 12-də Azərbaycanın qərb rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şərq rayonlarında az yağıntılı olacağı, zəif qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 12-17° şaxta, gündüz 1-6° şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 18-23° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.