Həbs olunanların sayı 600-ə çatdı

hebs-olunanlarin-sayi-600-e-catdi
Oxunma sayı: 679

“Qafqazinfo”nun İTAR-TASS-a istinadən xəbərinə görə, Moskvanın Qələbə meydanında çərşənbə axşamı gənclər hərəkatı olan “Naşi” hakimiyyət tərəfindən icazə verilmiş aksiya keçirib. Gənclər təşkilatı “Yedinaya Rossiya” Partiyasının qələbəsini qeyd etmək üçün meydana toplaşıb.

Eyni zamanda, müxalifətçi qruplar da seçkilərin nəticəsinə etiraz olaraq aksiyalar keçiriblər. Polisin saxladıqları arasında Qazeta.ru saytının əməkdaşı Bojena Rınska da var.

Seçkilərin nəticələrinə etiraz olaraq aksiyalar dekabrın 4-dən başlayıb.