Həbs xəbəri yayılan iş adamı “Qafqazinfo”da

hebs-xeberi-yayilan-is-adami-qafqazinfoda
Oxunma sayı: 917

“Qafqazinfo”ya açıqlamasında o deyib ki, haqqında yayılan məlumatlar yalandır: “Mən həqiqətən “Qardaşlıq” MMC, “Xumar 98”, ”Min” LTD şirkətlərinin rəhbəriyəm və mənim barəmdə məhkəmə, istintaq orqanlarında heç bir araşdırılma aparılmamış, heç bir iş açılmayıb. Hal – hazırda şirkətlər öz işgüzar fəaliyyətini davam etdirir. Mənim haqqımda mətbuatda gedən yazıları şər-böhtan xarakterli hesab edir və bəzi insanların qərəzli münasibəti kimi dəyərləndirəm. Eyni zamanda həqiqətə uyğun olmayan bu kimi məlumatların mətbuat orqanlarında yayımlanmaması üçün diqqətli olmalarını xahiş edirəm”.

Qeyd edək ki, bir sıra mətbuat orqanlarında yayılan məlumatlarda bildirilirdi ki, Misir Mərdanovla sıx bağlılığı olan və “Qardaşlıq”, “Xumar 98”, ”Min” LTD, “Inşa” MMC kimi strukturlara sahib olan Mövsüm İsmayılov həbs edilib. Məlumatda deyilir ki, artıq bir neçə ildir ki, Mövsüm İsmayılov qudası Nizami Allahverdiyevlə birlikdə Misir Mərdanovla şərik olaraq heç bir tender qaydası gözlənilmədən tenderlərin qalibi elan edilir və məktəb tikintisi ilə məşğul olur: “Mövsüm İsmayılov yeganə şəxsdir ki, Misir Mərdanovun dəstəyi və maliyyə maraqlarının təmin olunması səbəbindən Bakının əksər rayonlarında, o cümlədən Bərdə, Beyləqan, Xaçmaz, Kürdəmir, Mingəçevir, Qazax, Göygöl, Xınalıq, Ağcabədidə tikinti işləri ilə məşğul olub”.