Həbsdəki rokçu azad olundu

hebsdeki-rokcu-azad-olundu
Oxunma sayı: 670

O, Səbail rayon Polis İdarəsində saxlansa da, Binəqədidəki Müvəqqəti Saxlama Təcridxanasından buraxılıb.

Bu haqda AzadlıqRadiosuna onun vəkili Anar Qasımov məlumat verib. O bildirib ki, Camal Əlinin nə üçün Binəqədi Müvəqqəti Saxlama Təcridxanasından buraxılması onun üçün də aydın deyil.

Camal Əli martın 17-də Bakıda keçirilən mitinqdə saxlanmışdı. Səbail rayon Məhkəməsi onun barəsində 10 sutkalıq inzibati həbs cəzası çıxarmışdı.