Həbslər başladı

<b>Həbslər başladı</b>
Oxunma sayı: 128

Aldığımız məlumata görə, Müsavatın Sumqayıt şəhər təşkilatının üzvü Elçin Səlimov evindən aparılıb və hazırda Sumqayıt 3-cü polis bölməsində saxlanılır. Müsavatçı Rövşən Muradov da evindən götürülərək Sumqayıt Pİ-nin 1 saylı polis bölməsinə aparılıb. Digər müsavatçı fəal Xanım Mirzəyeva Sumqayıtda 4-cü polis bölməsində saxlanılır. AXCP Sumqayıt təşkilatının sədri Mahir Qulubəyli 4-cü polis bölməsinə aparılıb. Sumqayıt polisi müsavatçı fəal İsa Məmmədlini evində tapa bilməyib və hazırda axtarışdadır.
Müsavatçı Əli Qarayev də Sumqayıt polisi tərəfindən axtarılanların sırasındadır. Müsavatın Sumqayıt təşkilatının sədri Fəxrəddin Abbas və həyat yoldaşı, partiyanın qadınlar şurasının sədri Vəfa Cümşüdlü evlərindən çıxa bilmirlər. Onların verdiyi xəbərə görə, polis evlərinin qarşısını mühasirəyə alıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi