Həbsxanada daha bir dustaq öldü

hebsxanada-daha-bir-dustaq-oldu
Oxunma sayı: 670

Qafqazinfo xəbər verir ki, bu barədə Trend xəbər yayıb. Qaradağ rayon prokurorluğundan agentliyə verilən məlumata görə, Qobustan həbsxanasında cəza çəkən 1983-cü il təvəllüdlü Əliyev Ramil Murad oğlu dünyasını dəyişib.

Ölümün səbəbləri hələlik məlum deyil. Hadisənin baş vermə səbəbini müəyyən etmək üçün məhkəmə-tibb ekspertizası təyin olunub.

Əliyev Cinayət Məcəlləsinin oğurluq (177) və soyğunçuluq (180) maddələri ilə məhkum olunmuşdu.

Faktla bağlı araşdırma aparılır.