Həbsxanadakı davada 31 nəfər öldü

hebsxanadaki-davada-31-nefer-oldu
Oxunma sayı: 642

“Qafqazinfo”nun xarici KİV-lərə istinadən xəbərinə görə, hadisə ölkənin Tamaulipas ştatının Altamir şəhərində baş verib. Hadisə nəticəsində 31 nəfər ölüb, 17 dustaq isə yaralanıb.

Dava bir qrup dustağın həbsxananın onlara qadağan olunmuş hissəsinə zorla girməsindən sonra başlayıb və qrup həmin hissədəki dustaqlara hücum edib.

Xəbər verilir ki, hücum edən qrup əldəqayırma bıçaq, dubinka və daşlarla silahlanıb.

Həbsxanada nəzarəti əsgər və dəniz piyadalarının köməyi ilə ələ almaq mümkün olub.