Həbsxanadakı zorakılğa görə Saakaşvilinin mükafatından imtina etdi

hebsxanadaki-zorakilga-gore-saakasvilinin-mukafatindan-imtina-etdi
Oxunma sayı: 642

“Qafqazinfo”nun Gürcüstan KİV-nə istinadən verdiyi xəbərə görə, Saakaşvili rejimi əleyhdarları olan məhkumların təhqir olunması faktı ortaya çıxdıqdan sonra ölkənin tanınmış müğənnisi prezidentin ona şəxsən təqdim etdiyi “Şərəf” ordenini geri qaytarıb.

Müğənni Bakur Burdulinin sözlərinə görə, ölkədə baş verənlərə qarşı biganə qala bilməz. O qeyd edib ki, məhkumlara qarşı kobud davranışı əks etdirən kadrlar onda şok effkti yaradıb: “Ordenin qaytarılması mənim etirazımdır. Ümid edirəm ki, mənim dostlarım və həmkarlarım mənim nümunəmi davam etdirəcəklər”.

Bakur Burdulinin etirazına Suxişvili adına Gürcüstan Milli baletinin beş rəqqasına da qoşulublar. Artistlər “Qruzinskaya meçta” müxalifət koalisiyasının dəstələrinə qatılıblar.