“Heç bir dövlət siyasi hakimiyyətini risk altına qoymaz”

hec-bir-dovlet-siyasi-hakimiyyetini-risk-altina-qoymaz
Oxunma sayı: 712

Aparıcı qərb təhlilçisi Avropa İttifaqının Dağlıq Qarabağ konfliktinin həlli yolunda konkrekt yeni çözümlər verəcəyi barədə şübhələrini dilə gətirib. Beynəlxalq Böhran Qrupundan (International Crisis Group) Sabine Freizer Aİ-nın Bakı Ofisinin rəhbəri Roland Kobia ittifaqın konfliktin həllinə kömək etmək üçün yeni ideyalar təklif edəcəyi barədə fikirlərini şərh edib. O, BBC Azərbaycancaya deyib ki, Aİ azərbaycanlılar və ermənilər arasında inam yaratmaqla məşğul olur, nəinki siyasi rol oynayır.

Freizer bildirir ki, o, gələn 18 ayda siyasi həldə heç bir addım gözləmir, çünki təkcə Azərbaycan və Ermənistanda deyil, həmçinin Qarabağ ətrafında müzakirələrdə iştirak edən ATƏT-in Minsk qrupunun həmsədrlərinin ölkələrində - Rusiya, Fransa və ABŞ-da seçkilər keçiriləcək. O deyir ki, heç bir dövlət seçkilər zamanı siyasi hakimiyyətini Qarabağ məsələsi ilə müqayisədə risk altına qoymaz.

Sabine Freizer deyir ki, Aİ Dağlıq Qarabağ məsələsinin həllini tapmaqda böyük rol oynamaqda maraqlıdır, lakin o, bunu azərbaycanlı və ermənistanlı gənclər, jurnalistlər, alimlər və idmançılarının görüşünü maliyyələşdirmək və onları həvəsləndirməyə çalışır, nəinki siyasi razılıq əldə etməyə can atır. “Aİ Minsk qrupunun baza prinsiplər sahəsində razılıq əldə etməsi cəhdlərini dəstəkləyirdi və əgər indi onlar yeni nəsə təklif edərlərsə mən təəccüblənərəm”.

Böhran Qrupunun Avropa üzrə proqram direktoru deyir ki, Aİ hazırda etimadın artırılması yaratma layihələri üzərində çalışır və belə işlərin maliyyələşdirilməsinin əsaslı genişləndirilməsini elan edə bilər.

Aİ-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Philippe Lefort ötən həftələrdə Azərbaycan və Ermənistana səfər etmişdi, lakin onun rəsmi Baki və Yerevanla görüşünün detalları açıqlanmayıb. BBC Azərbaycanca Qarabağ məsələsinin həllində Aİ-nın cəhdləri barədə müsahibə etmək istəsə də, rədd edilib.


Sabine Freizer deyir ki, Qarabağ məsələsində əsaslı nailiyyət Azərbaycanda gələn ilin payızına nəzərdə tutulan prezident seçkilərindən əvvəl ola bilər. Çünki bu il ərzində Rusiya, Ermənistan, Fransa və ABŞ-da seçkilər nəzərdə tutulur. O düşünür ki, beş ölkədə keçiriləcək seçkilərə sərf edilən zaman azərbaycanlılar və ermənilər arasında əlaqələri gücləndirməyə sərf edilə bilər. O bildirir ki, siyasi həlli tapmaq və razılığa gəlmək cəhdlərinin uğursuz olmasının əsas səbəbi Azərbaycan və Ermənistanın müvafiq liderlərinin siyasi iradələrinin çatışmazlığı ilə bağlıdır. “Azərbaycan və Ermənistan əhalisində razılığa gəlmək məsələsində hazırlıq yoxdur”, Freizer deyir.