Heç biri qalib gələ bilmədi

hec-biri-qalib-gele-bilmedi
Oxunma sayı: 708

“Qafqazinfo”nun məlumatına görə, bu mərhələdə hər iki komandamız - "Qarabağ" və "Xəzər Lənkəran" ilk görüşlərini səfərdə keçiriblər. "Qarabağ" Farer adalarının "Streymur" klubu ilə görüşüb. Avroliqaya II təsnifat mərhələsindən qoşulan son ölkə kubokunun qalibi "Xəzər Lənkəran" isə səfərdə İsrailin "Makkabi" Təl-Əviv komandası ilə qarşılaşıb.

"Qarabağ"ın oyununu uelsli, "Xəzər Lənkəran"ın oyunun isə yunanıstanlı hakimlər briqadası idarə edib.

Cənub təmsilçisi oyunda qapısından 3 qol buraxıb, əvəzində isə cəmi bir dəfə fərqlənə bilib.

Ağdam təmsilçisi isə səfərdə 1:1 hesablı heç-heçəyə imza atııb.

"Makkabi" - "Xəzər Lənkəran" - 3:1

Qollar: Nouss Konate, 22; Elran Atar, 39; Guillermo İsraileviç, 43 - Andrey Mureşan, 45

Hakimlər: İlias Spathas, Qriqorios Panou, Dimitrios Qoukos, Stavros Mantalos (hamısı Yunanıstan).
Hakim-inspektor: Peter Jones (İngiltərə).
UEFA nümayəndəsi: Milovan Djukanoviç (Çernoqoriya).
Təl-Əviv. “Blumfild” stadionu.

"Streymur" - "Qarabağ" - 1:1

Qollar: Rauf Əliyev, 11, Ade Hansen, 90+3

Hakimlər: Mark Stiven Uitbi, Eduard Kinq, Filip Tomas, Brayan Ceyms (hamısı Uels).
Hakim-inspektor: Jari Maysonlahti (Finlandiya).
UEFA nümayəndəsi: Odd Flattum (Norveç).
Torshavn. “Qundadalur” stadionu.