“Heç kimdən qorxmuram!”

hec-kimden-qorxmuram
Oxunma sayı: 640

Day.Az saytı xəbər verib ki, ANS telekanalının "İncə maraqlar" verilişində Rəqsanə deyilənlərə aydınlıq gətirib. "Haqqımda şayiə gəzir ki, guya məni döyüblər. Bax, həmin gündən iki gün keçir. Məni necə döyüblər ki, bədənimdə heç bir zərbə izi yoxdur? Sonuna qədər getsəm, bu şayiələrin kim tərəfindən yayıldığını üzə çıxaracam. Sadəcə, şayiələr o qədərdir ki, aylarla məhkəmələrə getməyə mənim vaxtım yoxdur. Hər şeyi bu qədər şişirtmək olmaz! Axı hamımız azərbaycanlıyıq, niyə bir-birimizin ayağının altını qazmalıyıq?" - deyə müğənni bildirib.

Aeroportda başına gələnlər barədə isə Rəqsanə İsmayılova qıcıqlandığını gizlətməyib: "Deyirlər ki, guya aeroportdan mənim döyülməyim xəbərini təsdiq ediblər. Hə, orada kişilər arasında bir balaca anlaşılmazlıq yaşandı. Amma onlar təsdiq etmədilər ki, Rəqsanəni döyüblər! Orada kameralar var. İstəsəm, həmin videoları da təqdim edə bilərəm. Artıq bezmişəm, telefonuma dayanmadan zəng gəlir, hamı eyni sözü soruşur. Amma bir jurnalist mənə zəng edib mənəvi dəstək təklif etmədi".

Müğənni həmçinin bildirib ki, kimsə ona əl qaldıra bilməz: "Heç kimdən qorxmuram! Bircə onu istəyirəm ki, düzünü yazsınlar. Əgər kiməsə hörmət edib, sonuna qədər getmirəmsə, o demək deyil ki, haqqımda danışılanların hamısı düzdür".