“...Heç kimin yadından çıxmayıb” - Açıqlama

hec-kimin-yadindan-cixmayib-aciqlama
Oxunma sayı: 633

Bu sözləri Fransa parlamentində erməni “soyqırımı”nı qəbul etməyənlərə cəzanın verilməsi ilə bağlı qanunun qəbuluna münasibət bildirərkən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib: ”Bu gün digər dövlətlərə demokratiya dərsi keçən, insan hüquq və azadlıqlarını kobud şəkildə pozan Fransa parlamentarilərinin öz gözündə tiri görməməsi böyük faciədir. Erməniləri dinləyib Türkiyəni eşitməyənlərin, faktlar və sənədlərlə sübuta yetirilən Xocalı soyqırımını qoyub, erməni uydurmasının bəhrəsi olan "erməni soyqırımı" barədə qərar verənlərin əməlləri bizim milli maraqlarımıza ziddir! Bu ədalətsizliyi Azərbaycan xalqı özünə qarşı törədilən ədalətsiz və qərəzli addım kimi dəyərləndirir! Güc birlikdədir demişlər. Zamanın ağır sınaqlarından üzüağ çıxan Azərbaycan-Türkiyə qardaşlığı bütün məkrlərə və maneələrə üstün gələcəkdir” - deyə E.İbrahimov vurğulayıb.

Deputat bildirib ki, Fransanın bu mövqeyi Azərbaycanın Fransa ilə bütün sahələrdəki əlaqələrinə yenidən baxmağı, Minsk qrupunun həmsədri kimi ondan imtina etməyi vacib edir.

Modern.az