Həclə bağlı bütün işlər başa çatdı

hecle-bagli-butun-isler-basa-catdi-
Oxunma sayı: 686

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, həcc naziri 1,8 milyon zəvvara xidmət edəcək bütün personalın təlimatlandırıldığını söyləyb.
Nazir 20 min avtobusun zəvvarlara xidmət edəcəyini deyib. 41 min 717 nəfər isə müxtəlif sahələrdə hacılara xidmət göstərəcək.
Əl-Farsi hacılara xidmət edəcək ticarət mərkəzlərinin nəzarətdən keçirildiyini bəyan edib. Məkkəyə daxil olacaq zəvvarların buraxılış məntəqələrindən rahat keçə biləcəyini deyən həcc naziri, əvvəllər 3-4 saata keçilən məntəqlərdən indi 6-7 dəqiqədə keçəcəklərni bildirib.
Xatırladaq ki, Azərbaycandan həccə gedən zəvvarların ilk qrupları oktyabrın 23-də avtobusla yola düşəcək. İlk karvanda 18 avtobus, oktyabrın 24-ü yola düşəcək ikinci karvanda isə 26 avtobus olacaq. 28-31 oktyabrda zəvvarlar 5 təyyarə ilə Həcc ziyarətinə yola düşəcəklər.