Həmsədrlər Nyu-Yorkda görüşəcəklər

hemsedrler-nyu-yorkda-gorusecekler
Oxunma sayı: 647

ANS PRESS "Rosbalt" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.

“Həmsədrlərin növbəti görüşünün sentyabrın 20-i tarixlərində Nyu-Yorkda BMT Baş Assamleyası çərçivəsində keçirilməsi planlaşdırılır”, - deyə A.Lukaşeviç qeyd edib.

Xatırladaq ki, həmsədrlər sonuncu dəfə sentyabrın 7-də Vyanada – ATƏT-in mənzil-qərargahında görüşərək plan məsləhətləşmələri aparıblar.Onların təxmini iş qrafiki ATƏT-in Nazirlər Şurasının Vilnüsdə keçiriləcək dekabr iclasına qədər məyyən edilib. Həmin gün onlar Minsk qrupunun digər üzvlərinə prosesin gedişi ilə bağlı məlumat veriblər.