Həmyerlisini bıçaqlayıb, cinsiyyət orqanını kəsdi

hemyerlisini-bicaqlayib-cinsiyyet-orqanini-kesdi
Oxunma sayı: 647

Şəhər Polis Şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Şəki sakini olan 22 yaşlı Vidadi Məmmədov özündən 22 yaş böyük olan həmyerlisi Rasim Musayevi bıçaqlayıb. Bununla da əsəbi soyumayan V.Məmmədov onun cinsiyyət orqanını kəsib.

Ağır vəziyyətdə xəstəxanaya aparılan R.Musayevin cinsiyyət orqanının bir hissəsinin kəsildiyi məlum olub.

Polis tərəfindən saxlanılan V.Məmmədov həmyerlisinin cinsiyyət orqanın kəsməyə vadar edən xsəbəblərə aydınlıq gətirib. Onun ifadəsindən məlum olub ki, zərərçəkmiş R.Musayev Vidadi Məmmədova cinsi əlaqədə olmaq təklif edib.

Hadisədən əvvəl tufeyli həyat tərzi keçirən Rasim Musayevlə rastlaşan Vidadi onu evinə aparıb. Evdə olan zaman Rasim ona cinsi əlaqədə olmaq təklif edib və hadisə baş verib.
Faktla bağölı Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.