Hər gün 4-5 qadınla yatırmış

her-gun-4-5-qadinla-yatirmis
Oxunma sayı: 648

Liviyanın devrilmiş lideri Müəmmar Qəddafinin şəxsi köməkçisi Faysal “The Times” qəzetinə maraqlı açıqlamalar verib. “Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Faysal Qəddafinin gün ərzində 4-5 qadınla yatdığını, bəzi qadınların isə “yataq otağından birbaşa xəstəxanaya göndərildiklərini” bildirib. Bundan başqa, Qəddafinin getdiyi universitetlərdə içərisində iki nəfərlik yatağı olan otaq hazırlandığını və bəyəndiyi qızlarla burada yatdığını, həmçinin xaricdən qadın gətirmək üçün 300 min dollara qədər pul xərclədiyini qeyd edilib. Qəddafinin Viaqradan çox istifadə etdiyi və Parisdən penis böyüdücü alət gətirdiyi də açıqlanıb. Faysal Qəddafinin biseksual meyllərinin olduğunu da iddia edib.