Hərbçilər mühüm dövlət obyektlərini tutdular

herbciler-muhum-dovlet-obyektlerini-tutdular
Oxunma sayı: 628

“Qafqazinfo”nun xarici KİV-lərə istinadən xəbərinə görə, hərbi xunta Bamako hava limanı və Katidəki hərbi bazanı nəzarətə götürüb. “Reutes” xəbər verir ki, bu barədə məlumat dövlət televiziyasının efirində yayılıb.

Şahidlərin agentliyə teleradio şirkətini yaxınlığında atəş səsləri eşidilir.

Bir qədər əvvəl xəbər verilirdi ki, atışma hərbiçilərlə Malinin devrilmiş prezidenti Amadu Tumani Ture tərəfdarları arasında gedir. Qarşıdurma nəticəsində bir neçə nəfərin öldüyü xəbər verilir.

Malidə hərbi xunta bu ilin martın 22-də dövlət çevrilişi edib. Nəticədə ölkə prezidenti hakimiyyətdən uzaqlaşdırılıb. Hakimiyyətdən istefa verən Amadu Tumani Ture Seneqala qaçıb. Dövləti idarə emək səlahiyyətini xuntanın lideri kapitan Amadu Sanoqo öz üzərinə götürüb.