Hərbçilərə çılpaq dəstək - Fotolar

herbcilere-cilpaq-destek-fotolar
Oxunma sayı: 680

Fəqət, bu "dəstəkləmə kampaniyası" qəribə olub.

Milli.Az xəbər portalı Daily Mail-ə istinadən bildirir ki, Lids Universitetində təhsil alan tələbə qızlar cıdırda yarıçılpaq soyunaraq fotosessiyaya çəkiliblər.
Həmin şəkillərdən təqvim hazırlanıb. Təqvimin satışından əldə edilən pullar Əfqanıstandakı britaniyalı hərbçilərə dəstək kampaniyasına xərclənəcək.

Cıdırda yarıçılpaq şəkillər çəkdirmək aksiyasının təşəbbüskarları olan Lora Fildinq, Ebi Bişop, Elis Qeddis və Sofi Danston təqvim satışından ən azı 1000 funt-sterlinq gəlir əldə etmək niyyətindədirlər.

"Əla, fantastik aksiya idi. Çox xoşuma gəldi", - Ebi Bişop deyib.

20 yaşlı Emi Luart isə bildirib ki, onlar təqvimlərini Əfqanıstana, britaniyalı hərbçilərə də yollayacaqlar.